Flanslı Sürgülü Siyirtmə

Sürgülü siyirtmə +70 °C dərəcədə maksimal temperatur ilə təmiz su və çirkab sular ilə işləmək üçün nəzərdə tutulur. Sürgülü siyirtmənin əsas detalları - GGG-50 (GJS-500-7 çuqundan düzəldilən gövdə və qapaqdır. Sürgülü siyirtmənin kilid elementi şarşəkilli qrafit çuqunundan hazırlanan paz ilə icra edilir və  EPDM ilə tamamilə örtülür.  Sürgülü siyirtmənin Yəhəri həmçinin EPDM –dan hazırlanıb. Sürgülü siyirtmə xaricdən və daxildən epoksid boya ilə örtülür.  Siyirtmənin şpindelinin kipləşdirilməsi çirklənmədən və elektrokimyəvi korroziyanın təsirindən  mühafizəni təmin edir.  Gövdə ilə qapağın birləşdirilməsi yüksək hermetiklik ilə xarakterizə edilir və xüsusi yarıqda yerləşdirilən rezin qat ilə təmin edilir.  Qapaq ətraf mühitdən izolyasiya edilmə üçün termik yapışqan ilə örtülən paslanmayan boltlarla korpusa burulub bərkidilir. Pazın rezin örtüyü onun metal hissəsinin su ilə təmasının qarşısını alır və korroziyadan etibarlı şəkildə qoruyur. Siyirtmənin germetik bağlanması pazın istiqamətləndirici yarıqları ilə təmin edilir.  Bundan əlavə istiqamətləndiricilər şpindelin yüklənməsinin qarşısını alır.

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik