Alüminium folqa çəkilmiş, köpükləndirilmiş elastomer kauçukdan izolyasiya lövhələri (yapışqanlı, yapışqansız)

 İsitmə, soyutma, ventilyasiya və havanın kondisiyalaşdırılması sistemlərində hava kanallarının, böyük diametrli boru xətlərinin xarici səthlərinə istilik izolyasiyası və kondensasiyanın qarşısının alınması məqsədi ilə çəkilir. İsitmənin istilik şüalanması vasitəsi ilə həyata keçirildiyi hallarda alüminium folqa örtüyü çəkilmiş məhsulların tətbiqi tövsiyə olunur. İzocam şirkətinin tövsiyə etdiyi xüsusi yapışqandan istifadə etməklə lövhələr hava kanallarının xarici səthinə yapışdırılır.  Lövhələrin birləşmə yerləri germetikliyi təmin edəcək şəkildə yapışdırılmalı, lazım gələrsə yapışdırıldıqdan sonra birləşmə yerinin üzərinə izolyasiya lenti çəkilməlidir.  İzolyasiya lentinin çəkilməsi lövhələrin qalınlığının azalması ilə nəticələnməməlidir.  Yapışqanlı lövhələrin yapışdırılması üçün əlavə yapışqana ehtiyac yoxdur.  Yapışdırılmış materialın dəlinmə və yırtılmaya qarşı mühafizəsi təmin edilməlidir. Günəş şüalarının təsirinə məruz qalan yerlərdə ultrabənövşəyi şüaların təsirinə qarşı qoruyucu örtüyün və ya boranın çəkilməsi tələb olunur.  Günəş şüalarının düşdüyü qapalı məkanlarda alüminium folqa çəkilmiş məhsullar ultrabənövşəyi şüaların təsirinə qarşı qoruyucu örtük olmadan da istifadə edilə bilər. Açıq hava altında tətbiq edildiyi hallarda quraşdırıldıqdan sonra 5 gün ərzində  lövhələrin üzərinə qoruyucu təbəqə çəkilməlidir.
 Köpükləndirilmiş elastomer kauçukdan olan boruların üzərinə alüminium folqa laminasiya üsulu ilə çəkilir.
 • Ultrabənövşəyi şüalanmanın təsirinə qarşı maksimum dərəcədə dayanıqlıdır.
• Laminasiya üsulu ilə çəkilən 65 mikron qalınlığındakı folqa ətraf mühitin zərərli təsirinə qarşı maksimum dayanıqlılığı təmin edir.
 • Su buxarının diffuziyasına qarşı müqavimət əmsalı μ >150000
 • Estetik xarici görünüşə malikdir.
 • Əlavə örtük tələb olunmadığı üçün ucuz başa gəlir.
• İstilik izolyasiyası dəyəri yüksəkdir.
 • Kondensasiyanın qarşısını almaq qabiliyyəti yüksəkdir.
 • Tərkibində xlorflüorkarbon (CFC) yoxdur.
 • Ekoloji baxımdan təhlükəsizdir.
 • Çox elastikdir.

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik