Köpükləndirilmiş elastomer kauçukdan izolyasiya lövhələri

 Buxar diffuziyasına qarşı yüksək müqaviməti ilə fərqlənən köpükləndirilmiş elastomer kauçuk əsaslı materiallar qurğu və təsislərdə istilik izolyasiyası və kondensasiyanın nəzarət altında saxlanmasında yüksək nəticələr göstərir.
Havanı kondisiyalaşdıran sistemlərdə və soyuducu təsislərdə geniş istifadə edilən köpükləndirilmiş elastomer kauçuk, adından da məlum olduğu kimi, elastomer kauçukdan alınan və məsamələri qapalı quruluşa malik olan izolyasiya materialıdır.  Buxarın diffuziyasına qarşı yüksək müqaviməti ilə fərqlənən köpükləndirilmiş elastomer kauçuk əsaslı materiallar qurğu və təsislərdə istilik izolyasiyası və kondensasiyanın nəzarət altında saxlanmasında yüksək nəticələr göstərir.  Bu materialın tətbiqindən əvvəl izolyasiya təbəqəsinin enerjiyə qənaət etmək və qurğuların, avadanlığın səthində kondensasiyanın qarşısını almaq üçün tələb olunan qalınlığı müəyyənləşdirilməlidir.
Üstün cəhətləri
⦁ Tətbiq sahəsindən asılı olaraq müxtəlif ölçülərə və texniki xarakteristikalara malik borular, lövhələr şəklində istehsal edilir.
⦁ İstilik izolyasiyası və kondensasiyanın qarşısının alınması məqsədi ilə istifadə olunur.
⦁ Bəyan edilən istilik ötürmə  əmsalı (λ) 0,038 W/mK-dən azdır.
⦁ Su buxarının diffuziyasına qarşı müqavimət əmsalı ( μ) 3000 - 7000 arasında dəyişir.
⦁ İstismar temperaturları diapazonu -60°C ilə  +105°C arasındadır.
⦁ Elastikdir.
⦁ Məsamələri qapalıdır.
⦁ Ultrabənövşəyi günəş şüalarına qarşı həssasdır.
Tətbiq sahələri
⦁ Damların istilik izolyasiyası
⦁ Divarların istilik izolyasiyası
⦁ Döşəmələrin istilik izolyasiyası
⦁ Qurğuların və avadanlığın istilik izolyasiyası
⦁ Sənaye miqyaslı istilik izolyasiyası
⦁ Texniki izolyasiya
⦁ Digər sahələr

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik