U-PVC borular

U-PVC təzyiqli içməli su boruları keçirilmə və yapışdırılma muftalı olmaqla iki tipdə, 20° C-də, PN 6, PN 8, PN 10, PN 12,5, PN 16, PN20 və PN25 nominal təzyiqlərinə tab gətirəcək şəkildə yeddi əsas sinifdə, müxtəlif diametrlərdə, təhlükəsizlik faktorlarına uyğun olan müvafiq divar qalınlıqlarında və 6 metr hündürlüyündə seriyalarla buraxılır. Sifarişə əsasən fərqli nominal təzyiqlərdə və uzunluqlarda istehsal oluna bilər. PVC-U təzyiqli borular üzvi və qeyri-üzvi turşulara qarşı davamlı olaraq istehsal olunur.

Üstünlükləri
- Daşınması yüngül, quraşdırılması asandır.
- Uzun ömürlüdür.
- Çürüməyə və korroziyaya qarşı davamlıdır.
- Təzyiqin itirilməsi aşağıdır.
- Səthi düz və parlaqdır.
- Yanan, asanlıqla alovlanan və partlayan deyildir.
- Yüksək zərbələrə qarşı dayanıqlıdır.
- Təzyiqli əlavə hissələrə tamamilə uyğundur.

Tətbiq sahələri
- Yeraltı və yerüstü təzyiqli su daşıma sistemlərində (şəhər və sənaye sahələrində təmiz su sistemləri),
- Kənd təsərrüfatı suvarma sistemlərində (əsas daşıyıcı və paylaşdırıcı boru)
- Elektrik və kommunikasiya sistemlərində (kabel və şəbəkə sistemlərinin çəkilməsi),
- Kanalizasiya, çirkab su və tullantı maddələrinin axıdılması sistemlərində,
- Kimya və sənaye müəssisələrində.

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik