PVC borular

PVC boruları; villalar və çoxmərtəbəli yaşayış binaları, xəstəxanalarda, məktəblərdə, mehmanxanalarda, sənaye və idman sahələrində və digər strukturlarda ekoloji və iqtisadi olması və fiziki quruluşunu 60ºC temperatura qədər qoruması ilə uzun müddətli istifadə məqsədləri üçün quruluş təməli və quruluş içi tullantı sularının sızmaya yol vermədən ideal və etibarlı bir şəkildə pvc borular vasitəsilə azad edilməsini təmin edir.

PVC borular hamar daxili və xarici səthləri sayəsində tortaların və çöküntülərin meydana gəlməsinə imkan vermir, bakteriya yaratmır və qoxu yaratmır.

Sərt PVC xammallarından hazırlanan PVC kanalizasiya boruları və onun əlavə hissələri çətin alovlanma xüsusiyyətinə malikdir. PVC Boruları bu xüsusiyyəti sayəsində (PP əsaslı məhsullar alovlanır və yanırlar) baş verə biləcək yanğınlarda alovlanmaz və yanğının qatlar arasına keçməsinə imkan verməzlər. Bu səbəbdən PVC Borulara çox qatlı tikinti sahələrində plastik boru sektorunda xüsusilə üstünlük verilir.

PVC Boruları 50 - 315 mm diametr və 150 ​​- 6000 mm aralığında hündürlüyə malik olan variantları ilə tikinti strukturlarında hər cür tullantı suyun təxliyə edilməsi üzrə ehtiyacları qarşılayar. PVC kanalizasiya boruları və əlavə hissələri; "O-ring"li kipləşdirici halqa və tam uyğun kipləşdirici halqa oyuğu sayəsində qəti şəkildə su sızdırmırlar. Asanlıqla taxılıb çıxarıla bilən xüsusiyyətləri sayəsində təxliyə sisteminin montajı tez bir şəkildə həyata keçirilir və buna görə də kəsmə, qatlama, yapışdırma və s. kimi zəhmət tələb edən işlərə ehtiyac duyulmur. Bu xüsusiyyətləri sayəsində PVC boruları plastik boru sənayesinin ən çox üstünlük verilən məhsulları arasında aparıcı yer tutur.

Üstünlükləri
- Daşınması asan, quraşdırılması isə rahatdır

- Çürüməyə və korroziyaya qarşı davamlıdır

- Təzyiqin itirilməsi halı çox aşağıdır

- Səthi düz və parlaqdır

- Yüksək zərbələrə qarşı dayanıqlıdır

- Təzyiqli əlavə hissələrə tamamilə uyğundur

- Uzun ömürlüdür və xidmət tələb etmir

Tətbiq sahələri
Yeraltı ve yerüstü su daşıma sistemlərində (şəhər, sənaye sahələrindəki çirkab su sistemləri)
- Elektrik və rabitə sistemlərində

- Kanalizasiya, çirkab su və tullantı maddələrinin axıdılması sistemlərində

- Kimya və sənaye müəssisələrində təzyiqsiz xətlərdə .

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik