PPRC borular

Polipropilen Random Kopolimer xammalından hazırlanan və kimyəvi maddələrə qarşı davamlı olan PPRC boruları santexnika sistemlərində isti və soyuq mayelərin nəqlində istifadə olunur.

Milli keyfiyyət standartlarına uyğun olaraq istehsal edilən bu borular hamar və sürüşkən quruluşu, çirklənməməsi və paslanmaması, gigiyenik olması və asan quraşdırılması kimi üstünlükləri sayəsində bina daxilində quraşdırılan isti və soyuq su təsisatları üçün əvəzolunmaz həll yoluna çevrilmişdir.

PPRC-C boru və onun əlavə hissələri uzun ömürlüdür. Yüksək temperatur və təzyiqə davamlılıq xüsusiyyətlərinə görə isti - soyuq su ötürmələrində və mərkəzi istilik qurğuları üçün ən yaxşı seçimdir.

Bu boru növləri və onun əlavə hissələri ağ və boz rənglərdə istehsal olunur və lakin xüsusi sifarişlər olduqda fərqli rənglərdə də istehsal oluna bilər.

TƏTBİQ SAHƏLƏRİ

Yüksək keyfiyyəti və sübut olunmuş performansı ilə PPRC boruları və fitinqləri bütün ev və ofis yerlərində;
- Təmiz Su Təsisatlarında,
- İsti və soyuq su qurğularında,
- Radiator istilik sistemlərində,
- Yeraltı istilik sistemlərində,
- Mərkəzi istilik sistemlərində,
- Sənaye soyutma su borularında,
- Təzyiqli hava sistemlərində,
- Yanğınsöndürmə sistemlərində,

İstixana və bağ suvarması həyata keçirilən əkinçilik işlərində ideal bir seçimdir.

ÜSTÜNLÜKLƏRİ
Qısaldılmış adı PPRC boruları olan polipropilen random kopolimer ultra yüksək molekulyar ağırlığa malik polipropilendən hazırlanır və material boruya mükəmməl xüsusiyyətləri, dayanıqlığı və performansı təmin edir. Belə yolla əldə edilən PPRC borular hətta yüksək temperaturda və yüksək işlətmə təzyiqlərində belə mükəmməl dayanıqlığa və uzun müddətli ömrə malik olurlar.

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik