PE borular

Günümüzdə PE istifadəsi və PE boru üçün polietilen boru tətbiqləri (polietilen boru) dəmir, polad və sement sistemlərinə nisbətən daha çox təqdim edilən üstünlüklər səbəbindən son dərəcə artır. Pe100 boru sistemləri istifadə edilməyə başlandığından bəri əsas diqqət xüsusilə içməli suyun ötürülməsi zamanı baş verən kimyəvi təsirlər üzərində cəmlənmiş və bir çox sınaqlar aparılmışdır. Beləliklə, bu sınaqlardan alınan nəticələrə görə Pe100 borular içərisində mikro orqanizmin böyüməsi, suyun dadını və quruluşunu dəyişməməsi, su ilə hər hansı bir kimyəvi reaksiyaya girməməsi, içməli suyun görünüşündə hər hansı bir pozulma halına gətirib çıxarmaması və xaricdən boru sisteminin içərisinə hər hansı bir mikro orqanizmin sızmaması kimi nəticələr əldə edilmişdir.

Bu sınaqlardan sonra, xüsusilə insan sağlamlığına, heç bir zərər verməyən pe100 borular plastika sənayesində standartlaşdırılaraq insanlığın istifadəsinə təqdim edilmişdir. Pe100 boru xüsusilə içməli suyun ötürülməsində istifadə edilmiş asbest polad və beton boruların istifadəsinə son qoyaraq insanlara faydalı olmaqdan ötrü onlara təqdim edilmişdir.

  • - Yeraltı və yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri
  • - Su drenaj sistemi
  • - Tarla suvarma sistemləri
  • - Neft yataqları
  • - Kimya və neft-kimya sənayesi
  • - Bina və sənaye obyektlərinin tikintisi
  • - Magistral və lokal təbii qaz xətlərinin çəkilişi
  • - Davamlılıq. Minimal 50 il zəmanəti ilə РЕ 100 boruları 100 il istifadə edilə bilər
  • - Yüksək zərbələrə davamlılıq, Çatlamağa qarşı dayanıqlıq
  • - Kimyəvi təsirə qarşı dözümlülüyü yüksəkdir
  • - Günəş şüalarına qarşı davamlıdır
  • - Həm rulon, həm də standart ölçülərdə istehsal olunur
  • - Hamar daxili səth
  • - Seysmik aktiv zonalarda istifadəyə yararlıdır
  • - Şaxtaya qarşı davamlıdır
  • - Geniş diapazonlu təzyiq

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik