NasosCR5-36

GrundfosCR nasosları şaquli çoxmərhələli mərkəzdənqaçan nasosları özündə əks etdirir.    “bir xətdə yerləşmə” konstruksiyası onları sorucu və təzyiqli boru qolunun bir müstəvidə yerləşdiyi və eyni diametrdə sorucu və təzyiqli boru qoluna malik üfüqi horizontal birborulu sistemlərdə quraşdırmağa imkan verir və nasos sisteminin yığcamlığını təmin edir.  Tələb edilən təzyiq və axının  təmin edilməsi üçün CR seriyası nasosları müxtəlif sayda işlək çarx ilə müxtəlif ölçülərdə təchiz edilir. 
SR nasosları içməli sudan kimyəvi maddələrə qədər müxtəlif mayelərin nasosla çəkilməsi üçün yararlıdır.  Geniş yayılmış məhsuldarlıq dərəcəsi və müxtəlif əməliyyatlar icra edə bilməsi sayəsində mövcud nasoslar müxtəlif nasos sistemlərində tətbiq edilə bilər. Nasoslar iki əsas hissədən təşkil edilmişdir: elektrik mühərriki və nasos hissələr.  Avropa standartlarına müvafiq olaraq işlənib hazırlanmış Grundfos elektrik mühərriki ilə təchiz edilmişdir.
Nasos hissə təkmilləşdirilmiş konstruksiya ilə hidravlik tərkib hissələrdən, müxtəlif növlü birləşmələrdən, silindrşəkilli örtük, baş (əsas) hissə və müxtəlif digər hissələrdən təşkil edilmişdir.
Çəkilib vurulan mayelərdən asılı olaraq SR nasosların müxtəlif variantları mövcuddur.  
Tətbiq edilmə sahəsi
GrundfosCR nasosları suyun təchiz edilməsi üçün istifadə edilir:
Üçüncü qalxma stansiyası
Su təchizatı sistemlərində təzyiqin artırılması üçün
Çoxmərtəbəli binalar, otellər və s. təzyiqin artırılması üçün
Sənaye sistemlərində təzyiqin artırılması üçün
GrundfosCR nasosları təzyiqin artırılması üçün istifadə edilir:
Suyun təmizlənməsi sistemlərində
Yuma və təmizləmə sistemləri
Avtomobil yuyulması sistemləri
Yanğınsöndürmə sistemlərində
GrundfosCR nasosları mayelərin çəkilib vurulması üçün istifadə edilir:
Soyuducu və kondisioner sistemləri (soyuducular)
Qazanların təchiz edilməsi və kondensasiya sistemlərində
Dəzgahlar (soyuducu-sürtgü maddələri)
GrundfosCR nasosları mayelərin çəkilməsi üçün istifadə edilir:
Yağlar və spirtlər
Qlikol və soyuducular (soyutma prosesini gücləndirən kimyəvi məhlul).
GrundfosCR nasosları suyun təmizlənməsi üçün istifadə edilir:
Separatorlar (bir maddəni başqasından və maddənin hissələrini bir-birindən ayırmaq və ya maddəni qatışığından təmizləmək üçün maşın və ya cihaz)
GrundfosCR nasosları süni suvarma üçün istifadə edilir:
Sahələrində suvarma (suya batırma)
Çiləmə ilə suvarma
Damlarla suvarma

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik