EB-EW intiqalları

Birtəsirli intiqal mexanizmi yan qapaqlardakı yaylar çıxarılmaqla ikitəsirli intiqala çevrilə bilər. İkitəsirli intiqalların birtəsirli intiqala çevrilməsi üçün isə əksinə, yay əlavə etmək lazımdır. 
Yaylı qaytarma sistemi ilə işləyən intiqallara yanğın və partlayış təhlükəsi olan mühitlərdə üstünlük verilir.  İntiqala havanın verilməsi bu və ya digər səbəbə görə dayanarsa intiqal klapanı avtomatik olaraq bağlayır və nəql edilən maddənin nəzarətsiz şəkildə sistemdə dövr etməsinin qarşısı alınır.  İkitəsirli intiqallarda isə havanın təzyiqinin mütləq qaydada tənzimlənməsi tələb olunur. 

Sualınız var?

Sizin suallarınıza dolğun cavab verəcəyik